Boks yığmamızdan dünya çempionatında tarixi uğur - yeni tekord

Azərbaycanın gənc boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında tarixi uğura imza atıb.

Presssport.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmanın 5 boksçusu mundialın yarımfinalına adlayıb.

Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurub. Bununla da yığmamız yarışın 5 mükafatını təmin edib. Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddu. Komanda indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.

Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.

Onu da bildirək ki, əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl Azərbaycanın 4 boksçusu yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçuların qazancı 4 bürünc medal olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC