Boksçumuz dünya birinciliyində fonala yüksəlib

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Presssport.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb. O, finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

Qadın boksçumuz Aynur Mikayılova (57 kiloqram) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Xatırladaq ki, Azərbaycanın daha 3 boksçusu dünya birinciliyində yarımfinal görüşünə çıxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC