Azərbaycan daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala adlayıb.
Presssport.az xəbər verir ki, bu, Əli Abdullayev (63,5 kq) olub.
O, yarımfinalda Camel Cemmalla (Fransa) qarşılaşaraq 4:1 hesablı qələbə qazanıb.
Yarımfinalda digər boksçularımızdan Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) 1:4, Məhəmmədəli Qasımzadə (60 kq) isə Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə uduzub. Onlar bürünc medal qazanıb.
Xatırladaq ki, bunadək Azərbaycanın daha bir boksçusu finala yüksəlib. Bilalhəbaşi Nəzərov (48 kq) həlledici döyüşə çıxmaq hüququ qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC