Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəyə start verib.
AMADA-nın mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, müsabiqənin məqsədi olimpiya və paralimpiya ilində təmiz idman dəyərlərinin və ədalətli idman mübarizəsinin fotolar vasitəsilə geniş ictimaiyyətə çatdırılmasıdır.
Qurum dünyanın dörd bir yanından fotoqrafları idman dəyərlərini əks etdirən və ədalətli oyun mesajını çatdıran fotoşəkillərini müsabiqəyə təqdim etməyə çağırıb.
Müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, Oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alır. Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetiriləcək.
Təqdim ediləcək fotoşəkillərin orijinal və 2024-cü ildəki Yay Olimpiya və Paralimpiya Oyunları zamanı çəkilmiş olması mütləqdir. Mükafatlar beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP) və "Gilavar Foto Klubu" tərəfindən təqdim ediləcək.
Mükafatçılar İtaliya, Bolqarıstan və Azərbaycandan olan münsiflər heyəti tərəfindən səsvermə nəticəsində müəyyənləşəcək. Müsabiqə idmanın gözəlliyini və ədalətli mübarizəni təşviq etməyi hədəfləyir və Olimpiya ruhu vasitəsilə bizi birləşdirən dəyərlər haqqında qlobal müzakirəyə fotolar vasitəsilə ilham verməyə xidmət edir.
Müsabiqə üçün fotoşəkillər 30 noyabr 2024-cü il tarixədək təqdim olunmalıdır.
Qeyd edək ki, dekabrda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi də təşkil ediləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC