Milli Məclisin dünənki plenar iclasında Azərbaycan idmanı, daha dəqiq desək, sərbəst güləş və futboldakı uğursuzluqlardan danışılıb.
Pressssport.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bu günlərdə tarixində 2-ci dəfə dünya çempionu olan Azərbaycan güləş millisini təbrik edib. Eldəniz Əzizlinin 4-cü dəfə dünya çempionu olduğunu qeyd edən deputat sərbəst güləşçilərimizin uğursuzluğunu qabardıb. O, sərbəst güləşimizin son illər tənəzzülə doğru getməsini legioner məsələsi ilə əlaqələndirib: “Hansısa sistemimizi legioner üzərində qururuqsa, bu uğurun davamı gəlmir. Legioner bir neçə ildən sonra çıxıb gedir, məktəb yarada bilmir, nəticədə də bu uğursuzluq yaşanır”.
F.Mustafa eyni halın futbolda da yaşandığını söyləyib: “Əvvəl xeyli sayda milliləşdirilmiş futbolçumuz oldu. Lakin bu gün millidə onların sayı bir-iki nəfər olar, ya olmaz. Dünyanın müxtəlif ölkələrində 70 gürcü futbolçu legioner həyatı yaşayır. Lakin biz dünyaya transfer olunacaq futbolçu yetişdirə bilmirik. Bunun səbəblərini mütləq müzakirə etməliyik. Çünki bu, təkcə milli komandalarımızın taleyi deyil, həm də Azərbaycanın imici məsələsidir”.
Millət vəkili çıxışının sonunda daha bir vacib məqama toxunub: “Orta məktəblərə, universitetlərə baş çəkirik. Eldəniz Əzizli 4 dəfə, Hacı Əliyev 3 dəfə dünya çempionu olub. Lakin universitetlərin, məktəblərin heç birinin girişində onların şəklini görməzsən. Sevindiricidir ki şəhidlərimizin hamısının şəkli var. Şahirdlər onlardan örnək götürürlər. Uşaqlar görürlər ki, qəhrəmanlarımız unudulmur. Bəs biz niyə yaşayan qəhrəmanlarımızı misal göstərmirik? Ona görə də baboşlar-mamoşların təbliğatı gedir”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC