Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokuna yekun vurulub.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən kişilərin finalında “Xilasedici” “Azərreyl"ə”, qadınların finalında isə “Abşeron” “Gəncə”ni 3:0 hesabıyla qalib gələrək kubokun qalibi olub.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Ölkə kubokunun ən dəyərli (MVP) voleybolçularına mükafatlar təqdim olunub. “Xilasedici"nin diaqonal oyunçusu Reyes Rodrigez kişi, “Abşeron”undiaqonal oyunçusu Katerina Jidkova isə qadın voleybolçular arasında ölkə kubokunun ən dəyərli oyunçuları seçilib. Mükafatları AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və deputat Müşfiq Cəfərov təqdim edib.
Daha sonra qaliblərə kubok və medallar verilib. Mükafatları Bağırov, vitse-prezident Faiq Qarayev, AVF-nin İdarə Heyətinin üzvü İlqar Nuriyev, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov təqdim edib.
Beləliklə, qadınların ölkə kubokunun qalibi olan “Abşeron”a qızıl medal və kubok, “Gəncə”yə gümüş medallar təqdim edilib.
Kişilərin yarışının qalibi olan “Xilasedici”yə qızıl medal və kubok, “Azərreyl”ə gümüş medallar verilib.
Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC