Azərbaycanın daha bir veteran cüdoçusu ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Presssport.az xəbər verir ki, Mərdan Qədirli (90 kq) M1 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
M3 kateqoriyasında çıxış edən İntiqam Ələkbərov (100 kq) bürünc mükafat əldə edib.
Xatırladaq ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq, M8) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Yarış bu gün başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC