Azərbaycan Kubokunda 1/8 final mərhələsinin proqramı bəlli olub.
Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Raundun matçları iki günü əhatə edəcək. "CBC Sport" vasitəsi ilə canlı yayımlanacaq oyunlarda VAR sistemi tətbiq olunacaq.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr (çərşənbə axşamı)
15:00. “Qaradağ Lökbatan” – “Səbail”
“ASCO Arena”
16:00. “Araz-Naxçıvan” – “Mingəçevir”
“Liv Bona Dea Arena”
18:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu
4 dekabr (çərşənbə)
16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu
16:00. “Kəpəz” – “İmişli”
Tovuz şəhər stadionu
18:00. “Neftçi” – “Difai”
“Neftçi Arena”
19:00. “Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu
19:00. “Sumqayıt” – MOİK
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Onu da bildirək ki,Lökbatan Olimpiya İdman Kompleksinin stadionu Misli Premyer Liqasında çıxış edən klubları qəbul etməyə hazır olmadığı üçün 1/8 final mərhələsinin “Qaradağ Lökbatan” – “Səbail” oyunu “ASCO Arena"da reallaşacaq. Bununla da “dənizçilər” keçən mərhələdə - “Dinamo”yla dueldə olduğu kimi, yenə öz meydanında nominal qonaq olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC