“Qarabağ”ı udmadan sakitləşən deyiləm” – “Neftçi”nin legionerindən “partlayış” açıqlamalar!

“Neftçi” – “Qarabağ” görüşünün antiqəhrəmanı Yuri Matias oldu.

İlk qolda kobud səhvə yol verən braziliyalı müdafiəçi digər 2 qolda da mövqe xətaları ilə diqqət çəkdi.

Oyun başa çatandan sonra əhvalı yerində olmayan Matias müsahibə verməkdən boyun qaçırsa da, sonradan fikrini dəyişib ürəyini boşaltdı.

Presssport.az həmin müsahibəni təqdim edir: 

- Prinsipial qarşılaşmada “Qarabağ”a növbəti dəfə uduzdunuz. Məğlubiyyətin səbəblərini nədə görürsən?

- Digər oyunlar öz yerində, ancaq məhz bu dueldə qələbə qazanmaqla azarkeşlərimizi sevindirmək istəyirdik. Çünki “Qarabağ”la qarşılaşmanın “Neftçi” və azarkeşlərimiz üçün hansı önəm daşıdığını bilirik. Bacarmadıq. Ancaq sizə bir söz deyim.

- Buyur.

- “Neftçi”yə gəldiyim gündən “Qarabağ”ı məğlub edə bilməmişik. Ancaq bilin ki, “Qarabağ”ı udmadan sakitləşən deyiləm. Və bunu bacaracağıq, görəcəksiniz.

- Xal və ya xallar qazanmaq üçün nə çatmadı?

- İlk yarım saatda pis oynamırdıq. Hətta qol vurmaq üçün imkanlarımız da var idi. Ancaq mənim səhvimdən sonra rəqib hesabı açdı və atmosfer dəyişdi. Mən o səhvi etməsəydim, “Qarabağ” ilk hissədə qol vura bilməyəcəkdi və ikinci yarı fərqli olacaqdı. Fasiləyə 0:0 getməklə məğlub yollanmaq arasında fərq böyükdür. Yenə deyirəm, mənim səhvimə görə oldu.

- Buraxdığın səhvin yekun nəticədə nə dərəcədə həlledici olduğunu düşünürsən?

- Əlbəttə, əlbəttə. Onu deyirəm ki, bəlkə də o səhvi etməsəydim, uduzmayacaqdıq. Futbol səhvlər üzərində qurulub. Dünya ulduzları belə, səhvlərə yol verirlər. Buna görə hamıdan üzr istədim və yenə üzr istəyirəm. Ötürmə verməkdə gecikdim deyə, topu itirdim. “Qarabağ” 3 qolun heç birini düşünülmüş kombinasiyadan vurmadı. Hamısında yol verdiyimiz səhvlərdən yararlandılar.

- Samir Abasovun gəlişindən sonra “Neftçi”nin daxilində nə(lər) dəyişib?

- Ən önəmlisi düşüncə mentaliteti və işə yanaşma tərzi dəyişib. Futbolçular indi daha çox çalışırlar. Komandada qələbə istəyi artıb, artıq heç kim məğlubiyyətlə barışmır. Yəqin bunu bu gün gördünüz. Abasov çox yaxşı işlər görür. Bu gedişlə uğurlu nəticələr də olacaq.

- “Neftçi”ylə “Qarabağ” arasındakı səviyyə fərqi çoxmu böyükdür?

- “Qarabağ”ın avrokubok təcrübəsi onlara çox kömək edir. Heyətləri genişdir, anlaşma səviyyəsi yüksəkdir və ən əsası qələbələr gəldikcə rahatlaşırlar. Ancaq mən öz dediyimdə qalıram – Azərbaycan tarixinin ən böyük klubu “Neftçi”dir. Hara getsən, “Neftçi”nin adını eşidəcəksən. Düzdür, “Qarabağ” avrokuboklarda böyük işlər görür, Azərbaycan futbolunu təmsil edir. Ancaq “Neftçi”nın adı üstündədir – “Neftçi”.

- “Neftçi” cari mövsümü medalla başa vura bilər?

- Real danışsaq, bu, indiki məqamda çox çətin görünür. Çünki ilk üç pillədəki rəqiblərlə aramızda böyük fərq var. Ancaq futbol elədir ki, sabah nə olacağını bilmirsən. 2-3 ardıcıl qələbə qazansaq, rəqiblərin büdrəməsindən istifadə edə bilərik. Necə ki, bu günə kimi onlar bizim xal itirməyimizdən yararlanıblar.

- 6 il.

- Görürsünüz? 6 il bilirsiniz nə deməkdir? Qurbanov 6 il ərzində tikib, qurub, yaradıb və yekunda istəyinə çatıb. 2 ildir “Neftçi”dəyəm, görün nə qədər məşqçi və futbolçu dəyişiklikləri olub. Bu gedişlə heç nə edə bilmərik. Futbolçu yayda gəlir, uyğunlaşmağa çalışır, öyrənir, götür-qoy edir, bir də baxırsan mövsüm başa çatdı. Odur ki, “Neftçi”nin çempion olması üçün baş məşqçiyə və futbolçulara vaxt verilməlidir. Ancaq bu halda hədəfə çata bilərik (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC