"Şamaxı" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zirə"yə 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında maraqlı oyun olduğunu açıqlayıb: "İlk standart vəziyyətdən qol buraxdıq. Bundan sonra ucuz səhvdən hesab 0:2 oldu. Dönüş etmək istədik. Epizodlar da oldu. Birinci hissədə qol vura bildik. Rəqibin 3-cü qolu təsadüfən alındı. "Zirə"ni təbrik edirəm. Əsas fikrimizi çempionata yönəltməliyik. Futbolçuların performansı xoşuma gəldi. Müdafiədə səhvləri azaltsaq, nəticələr gələcək. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Məğlubiyyətlər olanda komandada ruh düşkünlüyü yaranmır. Çempionatın sonuna qədər mübarizə gedəcək. Komandanın potensialı ümid verir. İnanıram ki, bu il Premyer Liqada yerimizi qoruyacağıq".
“Şamaxı” üçün 5 gün sonra çempionat oyunu var. Özü də ağır Tovuz səfəri. Abbasov Bbərpa prosesinin onun narahat etməsiylə bağlı sualı belə cavablandırıb: “Adil və Bakiç ötən matçda oynamamışdı. Onların oynaması önəmli idi. Rafaelə istirahət vermişdik. Pusi və Kantariyanı 75-ci dəqiqədə əvəzlədik. Çox ağır qrafikə giririk. Çünki bir təxirə salınmış oyunumuz da var. Qısa qədər mübarizədə olmalıyıq. Futbolçular buna hazırdı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC