"Mövsümün ikinci yarısının hazırlıq prosesinə yanvarın 4-də start vermişdik. Təlim-məşq toplanışı əvvəlcədən planlaşdırdığımız proqram üzrə keçdi. İstədiklərimizi hazırlıq prosesində gerçəkləşdirə bildik". Presssport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. 44 yaşlı mütəxəssis vurğulayıb ki, öncədən nəzərdə tutduqlarl kimi iki yoxlama oyununa çıxıblar: "Premyer Liqa klubları “Kəpəz” və “Araz-Naxçıvan”la qarşılaşdıq. Toplanışın gedişindən razı qaldım. Bu hazırlığın nəticəsini mövsümün ikinci yarısında görə biləcəyik. Komandamızın potensialı var. Düşünürəm ki, daha yaxşı və daha iddialı “Qəbələ” görəcəyik. Keçirdiyimiz yoxlama oyunlarında gənc futbolçulara şans verdim. Onların çıxışından razı qaldım. Bu oyunçular gələcəkdə komandamıza əlavə güc qatacaq". Xatırladaq ki, "Qəbələ" fasilədən sonra ilk turda "Sumqayıt"ı qəbul edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC