“Bakı”nın sabiq baş məşqçisi Vinfred Şafer karyerasını bərpa edir.
Presssport.az xəbər verir ki, almaniyalı bundan sonra Qanada çalışacaq.
Lakin 75 yaşlı mütəxəssis artıq məşqçi kimi fəaliyyət göstərməyəcək. Belə ki, Şafer Qana millisinin məsləhətçisi, həmçinin yerli federasiyanın futbol direktoru olacaq. Bir sözlə, o, Qana futbolunun inkişafına nəzarət edəcək.
Xatırladaq ki, Şafer 2010/11 mövsümündə ölkəmizdə çalışaraq “Bakı”ya rəhbərlik edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC