Azərbaycan Karate Federasiyasının rəhbərliyi idman karatesi (WKF) üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri və baş məşqçilər, böyük məşqçi və məşqçi köməkçiləri ilə görüş keçirib.
Presssport.az xəbər verir ki, görüş zamanı millimizin üzvlərinin problemləri dinlənilib, gələcəkdə iştirak ediləcək beynəlxalq yarışlarla bağlı müzakirələr aparılıb və müvafiq tövsiyyələr verilib.
Federasiya rəhbərliyi həmçinin millimizin üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretskanı qəbul edib. Zaretska ona göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və AKF -in rəhbərliyinə öz təşəkkürünü bildirib. O, həmçinin 1 illik fasilədən (analıq məzuniyyəti) sonra qarşıdakı yarışlara hazır olduğunu söyləyib.
Onu da bildirək ki, son beynəlxalq yarışlarda fərqlənən, yüksək döyüş və əzm nümayiş etdirən millimizin üzvü Nuran Rzazadənin də maaşının artırılması ilə bağlı qərar qəbul edilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC