Azərbaycanı Parisdəki "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək - zədəyə görə heyətdən çıxarılan var

Millimiz Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə təmsil olunacaq.

Bu barədə Presssport.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.

İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcək.

Onu da bildirək ki, "Böyük Dəbilqə" fevralın 1-2-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC