“Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də Xorvatiyada yaxşı nəticə qazanmaq istəyirik" - millimizin oyunçusu

“Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi rəqibi təhlil edib, zəif və güclü tərəflərini deyəcək”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov səfərdə Xorvatiyaya qarşı keçirəcəkləri Avropa çempionatının əsas mərhələsinin oyunundan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli oyunçu qrupun favoritinə qarşı mübarizə aparacaqlarını söyləyib: “Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək. Xorvatiya millisinin gücü hər kəsə məlumdur. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da seçilirlər. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupun favoritinə qarşı oynayacağıq".

Mikayılov yaxşı kollektivlərinin olduğunu vurğulayıb: “Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Komandamız təcrübəli və gənc futzalçıların vəhdətindən formalaşıb”.

Xatırladaq ki, yanvarın 31-də Xorvatiyanın qonağı olacaq Vitali Borisovun komandası fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC