AFFA İntizam Komitəsi “Qarabağ”ı 2000 manat cərimələyib.
Presssport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a uduzduğu matçdan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün ziyana düşüb.
"Neftçi" isə "Liv Bona Dea Arena"da qırılmış 17 oturacağa görə dəymiş zərəri "Araz-Naxçıvan"a ödəməli olacaq. "Ağ-qaralar"ın azarkeşləri həmin stadionda Naxçıvan komandasına 1:2 hesabı ilə uduzduqları matçda oturacaqları sındırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC