Millimizin sabiq müdafiəçisi Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Bildirilib ki, son klubu "Şamaxı" olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Xatırladaq ki, "Şamaxı"nın kapitanı olmuş Nağıyev 1 matçda əsas yığmamızın formasını geyinib. Bu, 2020-ci ilin sentyabrın 5-də UEFA Millətlər Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - Lüksemburq matçıdı (1:2).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC