“Olimpiakos”un futbolçusu Koştinya Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Presssport.az xəbər verir ki, portuqaliyalı müdafiəçi bugünkü matç üçün yüksək motivasiyalarının olduğunu gizlətməyib: "Bu, işimizi asanlaşdırır. Xüsusilə indiki məqamda, çünki evdə oynayırıq. “Qarabağ”la matçda qalib gəlmək üçün böyük istək və iradəmiz var. Ancaq bu mərhələdə asan rəqib yoxdur. Hər oyun fərqli və çətin olur. Yaxşı oynamasan, qalib gələ bilməyəcəksən. Qələbə qazanmaq üçün ən yaxşı futbolumuzu oynamalıyıq. “Qarabağ” bu mərhələyə qədər gəlibsə, deməli, pis komanda deyil".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC