I Liqa təmsilçisi "Mingəçevir" növbəti transferini reallaşdırıb.
Presssport.az xəbər verir ki, bu qış heyətin yarıdan çoxunu yeniləyən mərkəzi aran təmsilçisi nigeriyalı hücumçu ilə anlaşıb.
Daha öncə digər I Liqa komandası "Qaradağ Lökbatan"da da çıxış edən 24 yaşlı hücumçu Fanen Akyam heyətə qatılıb.
Bu, "Mingəçevir"in 2-ci legioner transferi olub. Klub dünən 21 yaşlı forvard Abba Usmanı da rənglərinə bağladığını açıqlayıb.
Akyam "Qaradağ Lökbatan"dan ötən ilin yayında ayrılmışdı.
Xatırladaq ki, "Mingəçevir" I Liqada 6 xalla sonuncu - 10-cu sırada qərarlaşıb (fanat.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC