"Neftçi" "Beşiktaş"ın hücumçusunu icarəyə götürmək istəyir

"Beşiktaş"In hücumçusu Mustafa Hekimoğlu karyerasını Azərbaycanda davam etdirə bilər.

Presssport.az xəbər verir ki, türkiyəli futbolçunun xidmətində maraqlı olan klub "Neftçi"dir. 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Bakı təmsilçisi 17 yaşlı forvardı icarəyə götürmək istəyir. "Neftçi" gənc hücumçunu oynatmaq zəmanəti ilə 1,5 illik heyətinə qatmağa çalışır.

Onu da bildirək ki, Mustafa "Beşiktaş"ın yetirməsidi. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub. Onun İstanbul klubu ilə müqaviləsi 2017-ci ilin yayınadəkdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC