“Aston Villa”nın hücumçusu Morqan Rocers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu seçilib.
Presssport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin VIII turunda "Seltik"lə (Şotlandiya) görüşdə (4:2) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
22 yaşlı ingiltərəli oyunçu səsvermədə Antuan Qrizmann ("Atletiko", İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martinezi (“İnter”, İtaliya) qabaqlayıb.
Onu da bildirək ki, Morqan ÇL-də yeni rekorda imza atıb. Belə ki, o, qollardan 2-sini matçın ilk 5 dəqiqəsində vurub. Nəticədə ÇL-də ilk 5 dəqiqə ərzində dubl edən 1-ci futbolçu olub. Ondan əvvəl heç kim belə göstəriciyə imza atmayıb.
Xatırladaq ki, Rocers cari mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC