Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"la 0:0 heç-heçə etdikləri oyundan danışıb.
Presssport.az xəbər verir ki, 36 yaşlı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında maraqlı oyun alındığını deyib: "Düşünürəm ki, 1-ci hissə daha çox üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penalti imkanını qola çevirə bilmədik. Amma belə rəqibə qarşı əldə olunan 1 xala görə komandama alqış düşür. Qələbə qazana bilmədiyimiz üçün üzülürük. Lakin göstərdiyimiz mübarizə ilə qələbə əzmimiz də artır. Növbəti oyunlara hazırlaşacağıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC