İkinci yarış günündə 4 çəkidə qaliblər müəyyənləşib

Fevralın 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub. Presssport.az xəbər verir ki, turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir. Oğlanlar arasında 49, 55, 61 və 67 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bu çəkilərdə müvafiq olaraq 140 kq (60+80) nəticə ilə Əlimehti Hüseynov, 196 kq (88+108) nəticə ilə Kamran Xappayev, toplam 202 kq (91+111) nəticə ilə Orxan Kərimov və toplam 217 kq (101+116) nəticə ilə Turan Əliyev qızıl medala sahib çıxıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC