Azərbaycan cüdo ailəsinin üzvləri Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən təşkil olunacaq hakimlər və məşqçilər üçün keçiriləcək seminarda iştirak edəcək. Presssport.az xəbər verir ki, yanvarın 20-21-də Macarıstanda keçirilməsi planlaşdırılan bu tədbirin gündəliyində hakimlərin və məşqçilərin bacarıqların təkmilləşdirilməsi, qaydalarda olan yeniliklərinin müzakirəsi, əvvəlki illərdə baş vermiş mübahisəli halların təhlil olunması olacaq. Bundan əlavə, seminar cüdo ictimaiyyəti arasında vahid yanaşmanın formalaşdırılması üçün platforma rolunu oynayacaq. Seminarda Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Nazim Umbayev, Fariz Hüseynov və Akif Tahirov, veteran idmançı Rüstəm Orucov iştirak edəcəklər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC