"Araz-Naxçıvan" daha bir futbolçusunu icarəyə verir. Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Azər Bağırov az oynayan Nihad Qurbanlının cari mövsümün ikinci yarısında I Liqada çıxış edəcəyini vurğulayıb. Belə ki, 23 yaşlı mərkəz müdafiəçisi həmin liqada Premyer Liqaya iddialılarından olan MOİK-ə mayın 31-dək məxsus olacaq. Xatırladaq ki, naxçıvanlılar bunadək gənc yarımmüdafiəçisi Bayraməli Qurbanovu I Liqanın digər təmsilçisi "Difai"yə bu mövsümün sonunadək icarəyə verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC