"Ramil bizim üçün önəmli bir transfer oldu. Azərbaycanın mərkəz hücumçusunu komandamıza qatdıq". Presssport.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Kocaelispor" klubunun prezidenti Engiz Koyun millimizin futbolçusu Ramil Şeydayevin müqavilə imzalanması mərasimində deyib. O, klubun İdarə Heyətinin üzvləri Selcuk Koşemen və Mevlüz Agra ilə birgə qatıldığı tədbirdə Şeydayevlə bağlı gözləntisini açıqlayıb: "Ramilin vuracağı qollarla və ötürmələriylə çempionluğa ciddi bir töhfə verəcəyini düşünürəm. Camiəmizə xeylir olsun!" Xatırladaq ki, Kocaeli təmsilçisi I Liqada 3-cü yerdə gedərək Super Liqaya çıxmağa əsas namizədlərdən sayılır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC