"Sabah"ın şikayəti təmin edilmədi

AFFA "Sabah"ın şikayətini təmin etməyib. Presssport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu AFFA İntizam Komitəsinin (İK) Gənclər Liqasında "Araz-Naxçıvan"la oyundakı qərarından narazı qalıb. İK matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüş dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb. "Sabah"ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC