Millimizin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirməyə çox yaxındı. Presssport.az Polşa mətbuatına istinadən xəbər verir ki, ilk dəfə legioner həyatı yaşayacaq 29 yaşlı mərkəz müdafiəçisi LKS-ə keçir. Rahilin Lodz təmsilçisinə transferinin tezliklə açıqlanacağı vurğulanıb. LKS vaxtilə Polşa çempionu olsa, hətta avrokuboklarda Azərbaycan klubuyla - 90-cı illərdə "Kəpəz"lə qarşılaşsa da, indi heç də yaxşı günlərini yaşamır. Təsadüfi deyil ki, lodzlular hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"da çıxış edir. Onu da bildirək ki, Rahilin LKS-ə keçəcəyi haqda Azərbaycanda ilk olaraq pressinq.az saytı xəbər yayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC