Millimizin futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubunun heyətində debüt oyununu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”a qarşı keçirəcək. Presssport.az xəbər verir ki, bunu TFF I Liqa təmsilçisinin baş məşqçisi Ərtuğrul Sağlam yerli mətbuata açıqlamasında deyib. Təcrübəli mütəxəssis 1,5 illik müqavilə imzaladıqları 28 yaşlı hücumçumuzun komandaya hazır vəziyyətdə qoşulduğunu da vurğulayıb: “Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də digər transferlərimiz oynamağa hazırdırlar”. Kocaeli təmsilçisi I Liqanın XIX turu çərçivəsində lider “Eyüpspor”u yanvarın 20-də qəbul edəcək. Üçüncü pillədəki “Kocaelispor” ondan 12 xal geri qaıır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC