"Neftçi"nin legioneri Kilan Lebon klubun televiziyasına açıqlama verib. Presssport.az xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən 27 yaşlı fransalı cinah yarımmüdafiəçi öz durumundan danışıb və komandasının Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib: "Hazırlığa individual məşqlərlə davam edirəm. Buna görə ümumi məşqlər haqda nəsə deyə bilmərəm. Sevinirəm ki, komanda ilə birlikdəyəm və məşq edirəm. İki gündü məşqlərə başlamışam, çempionata tam hazır olduğumu deyə bilmərəm. Amma ümid edirəm ki, topanışın sonuna qədər hazır olacam". Lebon azarkeşlərə təşəkkürünü bildirib: "Hər zaman dəstəklərini duyuruq. Onların nəticələrdən razı olmadığını bilirəm. Buna görə də çalışacağıq ki, çempionatın ikinci hissəsində daha yaxşı çıxış edək". Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda "Erzurumspor"a məğlub olub - 1:3. "Ağ-qaralar" ikinci sınaq matçında Almaniya 3-cü liqa təmsilçisi “Sportverein Valdhof”la qarşılaşacaq. Oyun yanvarın 13-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC