Kişi şahmatçılar arasında Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşib. Presssport Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Məhəmməd Muradlı və Vüqar Rəsulov arasında baş tutan klassik görüşdə heç-heçə qeydə alınıb. Hərəyə 1 qələbə qazanan şahmatçılar finala vəsiqə uğrunda tay-brekdə mübarizəni davam etdirib.
Əsasnaməyə görə, bu halda 2 rapid oyun və əgər bərabərlik pozulmazsa, 2 blits partiya və nəhayət, sonda armageddon ilə qalib müəyyən olunur. Tay-brekdə ilk qarşılaşmada qara fiqurlarla oynayan Muradlı qələbə qazanıb. Növbəti görüşdə Rəsulov hesabı bərabərləşdirməyə nail olub. Blitsdə ilk qələbəni bu dəfə Vüqar əldə edib, daha sonra qara fiqurlarla oynayan Məhəmməd məğlubiyyətin əvəzini çıxıb - 3:3.
Üçüncü oyunda qalib gələn Muradlı finala adlayıb - 4:3.
Bununla da bu gün başlayacaq finalda Aydın Süleymanlı və Məhəmməd Muradlı yarışacaq. 3-cü yer uğrunda görüşdə Vüqar Rəsulov ilə Xəzər Babazadə üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC