AFFA bir-birinə yumruq vuran futbolçuları ağır cəzalandırdı

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar. Presssport.az xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib. Belə ki, “Balakən” - “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin futbolçusu Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar. Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı”nın baş məşqçisi Cəlal Həsənli 3 oyunluq cəza ilə üzləşib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC