"Çox çətin oyun oldu. Əslində, belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdı". Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Antalyadakı təlim-məşq toplanışları çərçivəsində Rumıniyanın "Hermanştadt" klubuna 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 46 yaşlı mütəxəssisin fikrincə, futbolçuları onun tapşırıqlarına əsasən əllərindən gələni etməyə çalışıblar: "Bu, mövsümün ikinci yarısına hazırlıqdı. Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdi. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudu. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik". Qeyd edək ki, “Sumqayıt” yanvarın 16-da Özbəkistan “Soqdiana”sıyla üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC