Azərbaycanın yeniyetmə voleybolçulardan ibarət millisi təlim-məşq toplanışı üçün Türkiyənin paytaxtı Ankaraya yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından Presssport.az-a verilən məlumata görə, milli komandamız qardaş ölkənin U-16 yığması ilə birlikdə toplanış keçəcək.
İyulun 18-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı çərçivəsində komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Ankaraya 16 idmançı ilə yollanıb. Bu voleybolçular düşərgələrdə fərqlənən 13-14 yaşlı qızlardı.
Təlim-məşq toplanışında Şahin Çatmaya məşqçi Hamid Anvari kömək edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC