“Dünənki “Sparta Belfast” (Şimali İrlandiya) görüşü ilə müqayisədə bu gün daha yaxşı çıxış etdik. Oyunumuzda sürət artmışdı. Bu gün daha sürətli oynadıq".
Presssport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sillamae Silla” (Estoniya ) komandası üzərində 7:0 hesablı qələbədən sonra deyib.
Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını vurğulayıb: “Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla ”çərçivə"mizi toxunulmaz saxlamağı bacardı. Son addım qalıb. İnşallah, bu 2 oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.
Xatırladaq ki, çempionunu İsveçin “Uddevalla” klubu ilə avqustu 24-də qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC