Məmmədyarovun mövqeyi dəyişmədi, Rəcəbov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni dünya reytinqini açıqlayıb.

Presssport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib. O, 2733 xalla 17-cidi.

Aktivində 2700 xal olan Teymur Rəcəbov 2 pillə irəliləyərək 31-ci olub. Rauf Məmmədov isə 2637 xalla 100-cüdür.

Siyahıya 2832 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 2433 xalla 2 pillə gerləyərək 33-cü pillədə qərarlaşıb. Gövhər Beydullayeva 10 pillə geriləyib. O, 2395 xalla 53-cüdür. 2 pillə geriləyən Xanım Balacayeva (2384 xal) 62-cidir. Ülviyyə Fətəliyeva (2369 xal) isə 4 sıra irəliləməklə 68-ci yerdə qərarlaşıb.

Siyahıya çinli Yifan Hou (2633 xal) liderlik edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC