"Araz-Naxçıvan” təlim-məşq toplanışını Qəbələdə davam etdirir. Presssport.az xəbər verir ki, Azər Bağırovun komandası hava şəraiti ilə əlaqədar bu gün məşqini qapalı meydanda həyata keçirib. Yanvarın 10-da “Zirə” ilə keçirilmiş yoxlama oyununda zədələnən Orxan Əliyev və İsmayıl Azzaoui müalicəsini Bakıda davam etdirir. “Araz-Naxçıvan” toplanış çərçivəsində sabah növbəti yoxlama matçını keçirəcək. Komanda saat 14:00-da “Qəbələ” ilə üz-üzə gələcək. Bununla da toplanışı yekunlaşdıracaq “qırmızı-ağlar” Bakıya dönəcək və 2 gün istirahət edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC