"İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi". Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Antalya toplanışı çərçivəsində bu gün Rusiyanın "Fakel" klubu ilə keçirilən yoxlama oyunundan sonra deyib. Rusiyalı mütəxəssis öz ölkəsinin Premyer Liqa təmsilçisinə böyükhesablı məğlubiyyəti (0:3) belə şərh edib: "Çox çətin oyun oldu ki, bu da bizim üçün yaxşıdı. Çoxlu fürsətlərimiz olsa da, qol çevirə bilmədik. Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları dəyərləndirdi. Bu gün yaxşı oyun keçirdik, sadəcə, nəticə istədiyimiz kimi olmadı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC