"Şah" səhvləri, ona olan borc və təkliflər haqda: "Müxtəlif insanlardan mənə az zəng gəlmir"

"Prinsipcə, özümlə bağlı hər şey normaldı. Artıq daim oynayıram. Məncə, turnir cədvəlində daha yaxşı mövqedə yer ala bilərdik. Sadəcə, çoxu lazımsız xal itkisinə yol verdiyimizdən, indi daha yüksək pillələrdə qərarlaşmamışıq". Bu fikirləri Presssport.az-a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edən millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. Məlumdu ki, Super Liqada cari mövsümdə 6-cı pillədə olan Adana təmsilçisində Patrik Kluyvertin gedişindən sonra hələ də yeni baş məşqçi təyinatı reallaşmayıb. Şahruddinin sözlərinə görə, buna xüsusi önəm vermir: "Hələ ki yeni baş məşqçimiz yoxdu, bu vəzifəni Sərkan hoca (Sərkan Damla-müəllif.) yerinə yetirir. Bilmirəm həmin postda kim olacaq, bu məsələylə xüsusi maraqlanmıram. Mənim işim futbol oynamaqdı". Şahruddinin "Qarabağ"dan sonra Super Liqada da xətalara yol verməsi müzakirə olunur. 30 yaşlı qapıçının sözlərinə görə, ondan öz cərimə meydanında qısa ötürmələrlə oynamaq tələb olunur: "Sadəcə, bir az ehtiyatlı olmaq lazımdı. Bir də heç olmasa bəzən özün haqda düşünmək gərəkdi (gülür)". Məlumdu ki, Adana təmsilçisindən maliyyə problemlərinə görə bir sıra aparıcı futbolçular gedib. Klubun borclu olduğu futbolçulardan biri də Məhəmmədəliyevdi. Bu üzdən millimizin üzvünün gedəcəyi haqda çox söz-söhbətlər gəzir: "Bəli, komandamız yenidən qurulur. Artıq gəldiyim vaxtdakı komanda deyil. 4-5 futbolçumuz gedib. Amma bu futboldu, hər şey dəyişilir. Əfsuslar olsun ki, belə yüksək səviyyəli futbolçular bizl tərk etdi. Amma görünür, buna səbəbləri var. Klubda maddi vəziyyətimiz düzəlir. Tez bir zamanda problemləri həll etməyə söz veriblər. Bəli, indi ətrafımda çoxlu söhbət var. Müxtəlif insanlardan mənə az zəng gəlmir. Belə deyim, "Adana Dəmirspor"un futbolçusuyam və tam olaraq öz oyunuma fokuslanmışam ki, komandama kömək edim". "Şah" son vaxtlar futbolçularımızın Türkiyəyə axınını çox yaxşı hal hesab edir: "Azərbaycanlı oyunçuların Türkiyəyə gəlməsi müsbət məqamdı. Blə bir fürsətin varsa, özünü sınamalısan. Sabiq komanda yoldaşım Ramil Şeydayevin “Kocaelispor”la anlaşması haqda mən də eşitmişəm. Lakin ortada konkret rəsmi bir şey yoxdu". MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC