"Bura qələbə üçün gəlmişdik. Təəssüflər olsun ki, buna müvəffəq olmadıq. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. İlk hissədə daha yaxşı ola bilərdik. Son ötürmələrdə çatışmazlıq var idi. İkinci hissənin əvvəlində qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyil. Futbolçularım təslim olmadı. Bilirdik ki, çətin oyun olacaq. "Turan Tovuz" fiziki cəhətdən yaxşı komandadı. Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq".
Presssport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 14-cü turunun “Turan Tovuz”la oyunundan sonra mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Turnir cədvəlində ilk 3-lük aralanır. Xal fərqinin belə çox artması sizi narahat etmir?
- Əlbəttə ki, bizi çox narahat edir. Yeddi oyundur ki, qalib gələ bilmirik. Üçüncü yerlə aramızda 8 xallıq fərq var. Böyük də görünə bilər, kiçik də. Bu, necə yanaşmağımızdan asılıdı. Qələbə seriyasını yaxaladıqdan sonra fərqi aradan qaldıra bilərik. Bunun üçün potensialı var.
- Enişin qarşısını almaq üçün hansı planınız var?
- Oyunumuza eniş deməzdim. Layiq olduğumuz xallardan az toplamışıq. Performansla bağlı nəsə deyə bilmərəm. Xal qazana bilmədiyimiz isə aydındı.
- Şanssızlığı necə aradan qaldırmağı düşünürsüz?
- Bir çox oyunlarda fürsətləri dəyərləndirə bilmədik. "Qarabağ"la matçda 3 real şansımız var idi. "Zirə" və "Neftçi" ilə matçlarda da. Bu, futboldur. "Kəpəz"lə görüşdə yüz faizli epizodları vura bilmədik. Amma son saniyələrdə qapımızda qol gördük. "Mançester Siti" də 5 oyundur məğlub olur.
- Demişdiz ki, itirdiyimiz xallarla bağlı film çəkmək olar. Sizcə, həmin filmin baş rolunda kim olmalıdır?
- Elə hamımız. Son 6 matçda 12 real qol şansımız olub, cəmi 6 qol vurmuşuq. Rəqiblərimiz isə 4 vəziyyətdən 8 qol vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC