"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadı. Heç-heçə ədalətli nəticədi. Uğursuz epizoddan qol buraxdıq".
Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 14-cü turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb:
- Komanda 60-cı dəqiqədən sonra oyundan “qopdu”. Bunun səbəbi nə idi?
- Bu, əsasən hesabı qorumaqla bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı.
- Növbəti turda rəqibiniz “Araz-Naxçıvan”ın sizdən 1 pillə irəlidə olduğunu nəzərə alsaq, qarşıdakı matçı 6 xallıq oyun adlandırmaq olar?
- İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yoxdu.
- Oyun planında nələr alınmadı?
- İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır.
- Tural Bayramlı çempionatın startında əsas heyət üzvü idi, indisə ümumiyyətlə, oynamır. Performansı çoxmu aşağı düşüb ona görə, yoxsa başqa amil var?
- Hazırda daha optimal formadadırsa, o da oynayır. Lakin onu da deyim ki, Tural son vaxtlar yaxşı məşq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC