Vaqif Cavadov millimizi təhqir etməyi yolverilməz hesab edir: "Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu"

"Sumqayıtı təbrik edirəm. Bu gün 75 illiyimizdir. Şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Klub olaraq da istəyirik ki, inkişaf edək. Bugünkü gözəl qələbəni şəhərimizə hədiyyə edirik. Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu. Vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Oyun da bunu göstərdi. Hər iki hissədə "Sumqayıt" daha üstün idi. Futbolçularım yaxşı oynadı. Onları təbrik edirəm".

Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 14-cü turunun "Şamaxı" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Son 4 oyunda 3 qələbə qazanmısız. Uğursuzluq zolağından tamamilə çıxdığınızı deyə bilərik?

- Deməzdim. Hər oyun çətindi. Son oyunlarda qalib gəlmişik. Bəlkə bəziləri deyə bilər ki, "Sumqayıt" rahatlaşıb. Elə şey yoxdu. Hər matçda istədiyimiz oyunu nümayiş etdirərək, şəhərimizin layiq olduğu qələbələri qazanmaq istəyirik. Hər oyun bizim üçün çox önəmlidi.

- Avrokuboklar uğrunda mübarizədə özünüzə şans görürsüz, yoxsa gecdi?

- Üç oyunda qələbə qazanmışıq və indi artıq avrokubokları düşünmək...Hər bir klub bunu istəyir, biz də həmçinin. Hər matçda bugünkü kimi mübarizə aparsaq, bir də gördünüz ki, klubumuz avrokuboklarda çıxış edir.

- Daha çox azarkeşin olacağı gözlənilirdi, amma bu cür olmadı. Sizcə, bu nə ilə bağlı idi?

Bəlkə də bazar günüdür, oyun da axşam saatlarında idi deyə, belə alındı. Sabah məktəb də var. Azarkeşlərə ehtiyacımız var. Onlar da gəlsin, dəstək olsun, bizə köməklik göstərsin. Gələnlərə də təşəkkür edirəm, gəlməyənlərə də. Bilirəm ki, ürəkləri bizimlədi.

- Rəhim Sadıxovu məhsuldarlıq baxımından geri qaytarmaq mümkün olacaq?

Son oyunlar onu göstərir ki, Rəhim meydançada başqa cürdür. Yavaş-yavaş özünü doğruldacaq. Komandanın əsas oyunçularından biridir. Ona güvənirik. İnanırıq ki, növbəti oyunda daha yaxşı formada olacaq.

- Bəzi baş məşqçilər milli komandamız haqda danışmaq istəmir. Millimizin durumu haqda nə düşünürsüz?

Bu, hamımızın millisidi. Millidə oynayanda da, indi də deyirəm ki, pis və ya yaxşı, bizim millidir. Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik. Veteranlar, futbolçular, məşqçilər, media işçiləri, hamımız birlikdə nə lazımdırsa, ortaq məxrəcə gəlməliyik və millimizi qələbələrə aparmalıyıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC