"Çox təəssüf ki, qapımızda yenə penalti gördük" - Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 14-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri səfər görüşündən sonra fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis 1:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransına rəqibi qələbə münasibəti ilə təbrik etməklə başlayıb: "Bu gün şəhərin 75 illiyi idi. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Yaxşı mübarizə gedirdi. Oyun baxımından razı qaldım. Sadəcə, 1 xalı çıxarmalıydıq. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Ondan qabaqkı epizodu qola çevirsəydik, hər şey başqa cür olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq. Çempionat gərgin keçəcək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC