Eduard Məmmədovun yetirmələri çempion oldu, özü ən yaxşı baş məşqçi adına layiq görüldü

Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbçilər arasında kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 12 medal qazanıb.

Presssport.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan başqa, Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Onu da bildirək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC