"Beşiktaş" rəhbərliyində kütləvi istefa - baş məşqçi də yol üstündədi

“Beşiktaş”ın rəhbərliyində kütləvi istefa verib.

QOL.az xəbər verir ki, klubun prezidenti Hasan Arat, vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek vəzifəsindən ayrılıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Növbəti seçkiyə kimi Aratı Hüseyin Yücel əvəzləyəcək.

Bu yerdə bildirək ki, uğursuz mövsüm keçirən “Beşiktaş” hazırda Türkiyə Super Liqasında 12 turdan sonra 21 xalla 6-cı sıradadı. Türkiyə mətbuatı klub rəhbərliyinin komandanın niderlandlı baş məşqçi Covanni van Bronxorsta 2 oyunluq şans verdiyini yazıb. Yəni, komanda qarşıdakı 2 matçda uğursuz nəticə göstərsə, əcnəbi çalışdırıcısı da istefaya göndəriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC