"Avrokuboklarda iştirak və uğurlu nəticə göstərmək bizim üçün çox vacibdi. İki matçda xal itirsək də, Avroliqada ümumi nəticələrimiz yaxşıdı. Sabahkı matç üçün hədəfimiz bəllidi - qalib gəlmək və növbəti oyunlara rahat hazırlaşmaq”.
Presssport.az xəbər verir ki, bu sözləri “Lion”un futbolçusu Jordan Veretu Avropa Liqasının V turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı təşkil olunan mətbuat konfransında söyləyib.
Rəqib barədə danışan 31 yaşlı yarımmüdafiəçi matçlarının videoyazısını izlədiklərini vurğulayıb: "Qarabağ" hücum keyfiyyəti olan yaxşı komandadı və onları qiymətləndirməmək olmaz. Onlara qələbə lazımdır ki, pley-off şanslarını saxlasın. Biz isə yığdığımız tempi saxlayaraq növbəti mərhələyə vəsiqəni tez qazanmaq istəyirik. Həmçinin bir vaxtlar “Lion"da oynamış Yassın Benzianı tanıyırıq. İndi o, “Qarabağ”da çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur. Benziaya qarşı diqqətli olmalıyıq”.
Veretunun fikrincə, Avroliqanın yeni formatına əsasən, Liqa mərhələsində bir rəqibə qarşı bir oyun keçirmək “Qarabağ” kimi komandaların üzərində təzyiqi daha da artırır: "Bu üzdən onlar sabah mütləq qələbə qazanmaq istəyəcək. Bu, çox çətin oyun olacaq. Xüsusən unutmamalıyıq ki, rəqib öz azarkeşlərinin dəstəyi altında çıxış edəcək. Amma bura qələbə üçün gəlmişik. Qələbələrə qayıtmaq və bu mini-çempionatda irəliləmək istəyirik”.
Xatlrkasaq ki, “Lion” 4 oyundan sonra 7 xalla 9-cu yerdə gedir. Hesabında 3 xal olan "Qarabağ" isə 36 komanda arasında 29-cu pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC