"Lion"un baş məşqçisi "Qarabağ"ı məğlub etmək istəyir: "Diqqətimiz təkcə Benzi ilə Zubir üzərində yox, bütün komandada olacaq"

"Lion" Avropa Liqası Liqa mərhələsinin V turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Presssport.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Pyer Saj matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

  • - Matça hazırlığınız necə gedir?
  • - “Qarabağ”la görüşə adi qaydada yanaşırıq. O mənada ki, həm yaxşı oyun göstərmək, həm də uğurlu nəticə qazanmaq istəyirik. Bura yaxşı performans nümayiş etdirmək üçün gəlmişik. Hansısa xüsusi ssenari yoxdu. Sabah qələbə qazanmaq istəyirik. Meydanda hər zamankı kimi hərəkət edəcəyik. Hazırda komandada müsbət ab-havanın hökm sürür. Ötən turda "Beşiktaş"a uduzsaq da, bizdə hər şey qaydasındadı.
  • - Bəzi futbolçularınızı Fransada saxlamısınız, bəzilərini oynatmayıb qoruyacaqsınız. Bu, həmin futbolçularsız da “Qarabağ” üzərində qələbə qazanacağınızıdan əminlikdən irəli gəlir, yoxsa…?
  • - Sabahkı matçda bəzi rotasiyalar aparacağını, lakin bu, az olacaq.

- Fransalı futbolçular Abdullah Zubir və Yassin Benziaya "Qarabağ"ın əsas “silahlar”ı sayılır. Onlara xüsusi diqqət ayıracaqsız?

- Benzia çox yaxşı formadadı. 1994-cü il təvəllüdlü bu futbolçu Fransada doğulmuş yaxşı gənc nəsli təmsil edir. Sabah o, keçmiş komanda yoldaşlarına qarşı oynayacaq. Həm Benzia, həm də Zubir yaxşı oyunçudu. Amma diqqətimiz təkcə onların üzərində yox, bütün komandada olacaq. Çünki rəqibin heyətində təkcə Fransadan olan futbolçular yoxdu. Oyunumuzu "Qarabağ"ın digər keyfiyyətli oyunçularının üzərində də qurmağa çalışacağıq. Rəqib fiziki hazırlığı yerinə olan komandadı. "Ayaks"la matçda qırmızı vərəqə onların oyununa təsir etdi. Sabah "Qarabağ"a qalib gəlməyə çalışacağıq.

- "Qarabağ" Fransa komandalarına qarşı 11 oyun keçirib. Bu matçlardan hansını izləmisiz?

- Təhlil edərkən onların xüsusilə avrokubok oyunlarını izləmişik. Məhz bu oyunlara əsasən qarşılaşmaya köklənmişik.

- Hansı sistemlə oynayacaqsınız?

- Bu, rəqibin bizə nə qədər imkan verməsindən asılıdı. Onlar çox yaxşı nəticə göstərməyə qadir komandadı. Bunu “Ayaks”la oyunda gördük. Rəqibin sürətli və təhlükəli futbolçuları var. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Sabah yaxşı səviyyədə oynamalıyıq. Düşünürəm ki, bizi sabah ciddi cağırış gözləyir.

- Vilfred Zahanın az oynamasının səbəbi nədir?

- Onun göstərdiyi performansla bağlıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC