"İşdən çıxarıldığımı telefonuma göndərilən vatsap mesajından öyrəndim" - Samet Aybaba

“Beşiktaş”ın idman direktoru Samet Aybaba klubla yollarının ayrılmasından sonra ilk dəfə açıqlama verib. 

Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vəzifəsindən çıxarılmasını mesajla öyrəndiyini vurğulayıb: “İşdən çıxarıldığımı telefonuma göndərilən vatsap mesajından öyrəndim. Son 4 ayda klub prezidenti Hasan Aratla dialoqumuz tamamilə pozulmuşdu. Danışa bilmədiyimiz üçün klubda baş verən hər şeylə bağlı ona məktub yazdım. Şənbə günü mətbuat konfransı keçirəcəm. Bütün sualları cavablandıracam və son bir ildə “Beşiktaş”da baş verənləri danışacam”.

Xatırladaq ki,Aybaba ilə yanaşı, bu gün klubun vitse-prezidenti Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel də istefa ərizələrini yazıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC