Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) Naxçıvan Şahmat Federasiyası ləğv edilməsi barədə açıqlama yayıb.
Presssport.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada federasiyanın öz qərarı ilə ləğv edildiyi qeyd olunub: “Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.
Xatırladaq ki, Naxçıvan Şahmar Federasiyası ötən gündən fəaliyyətini dayandırıb. Sözügedən qurumun rəhbəri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC