AVRO-2024: Almaniya son anda məğlubiyyətdən xilas oldu, İsveçrə də pley-offda

Bu gün AVRO-2024-də qrup mərhələsinin son turuna start verilib.

Presssport.az xəbər verir ki, A qrupunda ü oyun keçirilib.

Artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Bundestim məğlubiyyətdən uzatma dəqiqələrində xilas ola bilərək, qrupda mübarizəni lider kimi başa vura bilib.

Qrupun digər matçında isə Şotlandiya ilə Macarıstan üz-üzə gəlib. mcaarlar 10-cu uzatma dəqiqəsində qələbəni qoparmağa müvəffəq olub. 

Bu oyunlardan sonra A qrupunun 2-cisi də bəlli olub. Belə ki, İsveçrə 2-ci, Macarıstan 3-cü, Şotlandiya 4-cü yeri tutub. Beləliklə, şotlandlar turnirdəki mübarizəsini başa vurub. Macarıstan isə pley-off şansını qoruyub. Reqlamentə əsasən, qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda  pley-offa adlayacaq.

1/8 finalda Almaniya C qrupunun (İngiltərə, Danimarka, Sloveniya, Serbiya) 2-cisi, İsveçrə isə B qrupunun (İspaniya, İtaliya, Albaniya, Xorvatiya) 2-cisi ilə qarşılaşacaq.

23 iyul

A qrupu

23:00. İsveçrə - Almaniya - 1:1

Qollar: Ndoye, 28 - Fülkruq, 90+2

23:00. Şotlandiya - Macarıstan - 0:1

Qol: Ksobot, 90+10

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC